Xəbərlər
YAP Xocalı rayon təşkilatının ərazi partiya təşkilatları yaradılıb
Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı üzrə Xocalı şəhəri, Ballıca kəndi və “Azəriqaz” İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismar İdarəsi ərazi partiya təşkilatları yaradılıb.
Bununla əlaqədar keçirilən yığıncaqlarda YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, partiyanın Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müşaviri Asif Zeynalov və Mülki Müdafiə Qərargahının rəisi Əlibaba Bayramov iştirak edib.
Tədbirlərdə giriş sözü ilə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev işğaldan azad edilmiş ərazilərdə partiyanın ərazi təşkilatlarının yaradılmasının mühüm hadisə olduğunu qeyd edib.
YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müşaviri Asif Zeynalov və Mülki Müdafiə Qərargahının rəisi Əlibaba Bayramov çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyinin qorunması və inkişafı naminə misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdış prosesindən danışıblar.
Daha sonra təşkilati məsələlərə baxılıb, ərazi partiya təşkilatlarına sədrlər və sədr müavinləri seçilib.
