YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Emin Şəmsi oğlu Quluzadənin ailəsini ziyarət edib.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Görüşdə millət vəkili 44 günlük müharibə zamanı şəhidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun uzun illər ərzində işğal altında olan torpaqları azad etdiyini qeyd edib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.