Xəbərlər
"Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır!"
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır!" mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Sonra iştirakçılar kitab sərgisi və Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “91-lər”dən Munis Bayramov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, partiyanın gənc fəalları Türkanə Əliyeva və Amin Şamilzadə çıxış ediblər.
Çıxışlarda Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrin tarixi barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən münasibətlər regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır.
Daha sonra türkiyəli jurnalist Aysel Sadak İltaş müəllifi olduğu “İnsan ürəyi ilə Heydər baba” kitabı haqqında geniş məlumat verib.
Tədbirdə türkiyəli jurnalist Aysel Sadak İltaş Azərbaycan və Türkiyə arasında ictimai və mədəni əlaqələrin inkişafında göstərdiyi fəaliyyətinə görə fəxri fərman ilə təltif edilib.
Sonda YAP sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub.
