YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol"

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 38 saylı ərazi partiya təşkilatında 1 dekabr – Laçın rayonunun işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə “Möhtəşəm Zəfərdən Böyük Qayıdışa aparan yol” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Rövşən Muradov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlaması haqqında qərarı 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnmişdir. Bu müddət ərzində işğal altında olan ərazilər, şəhər və kəndlər azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Dövlət başçısı həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazanılan qələbələrlə xalq-hakimiyyət-ordu birliyinin gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə dövlət büdcəsindən 22 milyard manat həcmində vəsait ayrılmışdır. Bu çərçivədə genişmiqyaslı yol-nəqliyyat, enerji təminatı və digər mühüm infrastruktur layihələri icra edilmişdir. Onlarla yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Artıq bir sıra şəhər, qəsəbə və kəndlərdə 50 mindən çox sakin yaşayır, çalışır və təhsil alır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla həyata keçirilir. Bu günədək 955 ailə - 3577 nəfər Laçın şəhərinə, Zabux, Sus və Bəylik kəndlərinə köçürülmüşdür.

Tədbirin sonunda partiya veteranına yubileyi münasibətilə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.