Xəbərlər
Adil Əliyev: Ölkəmizdə yeni mərhələdə islahatlar həyata keçirilir ki, bu da çox müsbət nəticələr verəcək
«Dünya ölkələrində baş verən böhran fonunda Azərbaycan inkişaf baxımından ən yüksək göstəricilərə malik olan dövlətlərdən biridir». Bu fikri Milli Məclisin deputatı Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, Azərbaycan nəinki reginda, Şərqi Avropa məkanında ən inkişaf edən ölkədir. Onun sözlərinə görə, bu, ölkəmizdə uğurlu siyasətin həyata keçirilməsinin nəticəsidir.
«Azərbaycan geostrateji məkanda yerləşir. Ona görə də, bəzi beynəlxalq güclər ölkəmizin inkişafını istəmirlər. Bu səbəbdən də, Azərbaycanın uğurlarına kölgə salmaq üçün kampaniya aparırlar. Neftin qiymətinin ucuzlaşmasından sonra bu qüvvələr daha «həvəsli» görünürlər. Amma onların sevinməsinə ehtiyac yoxdur. Azərbaycan bu sınaqdan da uğurla çıxacaq. Ölkəmizdə yeni mərhələdə islahatlar həyata keçirilir ki, bu da çox müsbət nəticələr verəcək»- deyə, A.Əliyev vurğulayıb.