Xəbərlər
Əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyan Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq yanvar 1-nə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırılıb.
Fond, həmçinin fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini də həyata keçirməlidir.