Xəbərlər
Göygöldə bir qrup partiya veteranı ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında yubiley yaşı tamam olan bir qrup partiya veteranı ilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev bildirib ki, Yeni Azərbaycan Partiyasının üzvləri hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqlik nümayiş etdirərək partiyanın prinsiplərinə əməli fəaliyyətləri ilə töhfə veriblər. O vurğulayıb ki, partiya veteranları rayon təşkilatının fəaliyyətində, həyata keçirilən tədbirlərdə, eləcə də rayonun ictimai-siyasi və mədəni həyatında daim yüksək fəallıq göstəriblər.
Vüqar İsayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasına sədaqətlə xidmət etmək dövlətçiliyə, milli maraqlara və ümummilli dəyərlərə bağlılığın bariz ifadəsidir. O, yubiley yaşlarını qeyd edən partiya veteranlarını təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri Ələddin Qurbanov, rayon ağsaqqalı Azadxan Haqverdiyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Dilarə Mövlayeva, partiya veteranı Barat Paşayev və YAP Göygöl rayon təşkilatının əməkdaşları çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı dövrün ictimai-siyasi reallıqlarından, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə partiyanın keçdiyi inkişaf yolundan danışıblar.
Tədbirdə partiya veteranları Əliyev Turani Həndəm oğlunun 75 illik, Həsənov Cümşüd Saleh oğlunun isə 70 illik yubileyləri münasibətilə fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını ifadə ediblər.
