YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndələri “Bir Gençlik Şöleni”ndə iştirak ediblər

15-17 may 2026-cı il tarixlərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavinləri Fəsli Nəbiyev və Sevinc Qasımova Türkiyə Respublikasında səfərdə olublar.

Səfər çərçivəsində YAP Gənclər Birliyinin nümayəndələri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Gənclik Qollarının təşkilatçılığı, Türkiyə Respublikasının Prezidenti, AK Parti Sədri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə Kocaeli şəhərində keçirilən və 100 mindən artıq gəncin qatıldığı “Bir Gençlik Şöleni”ndə iştirak ediblər.
 
YAP Gənclər Birliyinin nümayəndələri AK Parti Gənclik Qollarının sədri Yusuf İbiş və Türkiyə Böyük Millət Məclisinin ən gənc millət vəkili Zehranur Aydemirlə keçirilən görüşdə iştirak edib, AK Parti İstanbul şəhər təşkilatının fəaliyyəti ilə tanış olublar.

Səfər çərçivəsində iştirakçıların Topqapı Sarayına ziyarəti də təşkil olunub.