Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb
Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhid Rəsul Süleymanlının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Daha sonra millət vəkili Yengiyan kəndində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Şəhid ailəsi və seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
