Xəbərlər
“Təhsilin inkişafında Heydər Əliyev irsi
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Təhsilin inkişafında Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə Ümummilli Liderin dövlətçilik fəaliyyəti, xüsusilə Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet istiqamətlərdən biri olub, onun bu sahədə irəli sürdüyü konseptual yanaşmalar və tövsiyələr bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir.
Daha sonra çıxış edən AMEA-nın doktorantı Günay Rüstəmova və digərləri Ümummilli Liderin zəngin elmi və siyasi irsi haqqında danışaraq qeyd ediblər ki, onun müəyyən etdiyi təhsil strategiyası müasir Azərbaycanın inkişafında mühüm rol oynayır. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli təhsilimizin inkişafında yeni mərhələ formalaşdırır.
Sonda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında və ictimai-mədəni tədbirlərin təşkilində fəal iştirak edən bir qrup şəxs təltif olunub.
