YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zərifə Əliyeva-Elm və humanizmin zirvəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi ilə əlaqədar “Zərifə Əliyeva-Elm və humanizmin zirvəsi” adlı tədbir keçirilib.

Öncə tədbir iştirakçıları görkəmli oftalmoloq Zərifə Əliyevanın büstü önünə gül dəstələri düzərək, akademikin əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Qəbələ rayon təşkilatında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən, onun humanist dəyərlərə əsaslanan zəngin irsindən bəhs etmiş, eyni zamanda onun insanlara göstərdiyi qayğı və diqqətin şəxsiyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Bildirilib ki, Zərifə Əliyevanın fəaliyyəti bu gün də gənc nəslə örnək olaraq qalır və səhiyyə sahəsində inkişafın təməl sütunlarından biridir.

Qəbələ RMX PHŞ-nin həkimi, partiya üzvü Şirəli Sadıqov Zərifə xanım Əliyevanın həyat yolunun, elmi nailiyyətlərinin və yüksək mənəvi keyfiyyətlərinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğuluyaraq onun zəngin irsinin gələcək nəsillər üçün daim bir məktəb və ilham mənbəyi olaraq qalacağını qeyd edib.

Gənc partiya fəalı Nuranə Ağabəyli Zərifə xanım Əliyevanın yalnız görkəmli alim deyil, həm də yüksək mənəviyyata malik bir insan olduğunu qeyd edib. O bildirib ki, Zərifə xanımın insanlara olan diqqət və qayğısı onun həyat fəlsəfəsinin əsasını təşkil edib.

Sonda Zərifə xanım Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.