Xəbərlər
Yevlaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızn bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edlib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə qadınlar cəmiyyətin müxtəlif sahələrində önə çəkilib, şəxsi bacarıq və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. Qadın siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Yerli təşkilatın sədri vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yerini və nüfuzunu sürətlə artırıb. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, cəmiyyətin bütün sahələrində lider qadınların yetişdirilməsi üçün əsaslı zəmin yaradılıb. Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda fəal ictimai xadimdir.
Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov və Yeni Azərbaycan Partiyasının veteran üzvü Vahid Quliyev vurğulayıblar ki, respublikamızda olduğu kimi Yevlaxın da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Rayonumuzda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Bu da gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Rayonumuzun qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Azərbaycan qadınlarının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.
Tədbirin sonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup fəal qadın YAP Yevlax rayon təşkilatı tərəfindən təltif edilib.
