YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev müasir Azərbaycan cəmiyyətində qadınların rolundan, qadınlara göstərilən diqqət - qayğıdan, dövlət gender siyasətindən geniş bəhs edib. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən gender siyasəti sayəsində qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. Rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində xalqımıza Möhtəşəm Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin analarının da məhz, fədakar Azərbaycan qadını olduğunu xüsusi vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülaya Həsənova, partiya veteranları Bəsti Ələkbərova, Xatın Hüseynxanova, partiya fəalları Günel Sanıyeva və Pəri İbrahimova çıxışlarında ölkədə qadınlara göstərilən diqqət və qayğıdan, gündəlik həyatımızın bütün sahələrində qadınların aktivliyindən, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətindən, müstəsna xidmətlərindən ətraflı danışıblar.

Tədbirdə Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri şeirlər səsləndiriblər.

Sonra YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.

Sonda tədbir iştirakçılarına bayram hədiyyələri təqdim olunub.