YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ərazi partiya təşkilatlarının xanım sədrləri, sosial mediada fəallığı ilə seçilən və rayonun ictimai-siyasi həyatında xidmətləri ilə fərqlənən qadınlarla görüş keçirib.

Görüş Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rayon təşkilatının sədri İlqar İlyasov başda şəhid anaları olmaqla, bütün xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan söhbət açıb.

Qeyd olunub ki, Azərbaycan qadınları öz zəngin mənəvi keyfiyyətləri, intellektual potensialı və yüksək vətəndaş mövqeyi ilə cəmiyyətin müxtəlif sahələrində - dövlət idarəçiliyi, hərbi və təhlükəsizlik strukturlarında, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində fəal iştirak edir, milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına mühüm töhfələr verirlər.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gender siyasəti nəticəsində qadınların ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır.

Təşkilat sədri müasir Azərbaycan qadınının nümunəvi obrazını təcəssüm etdirən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrdən və humanitar sahədə həyata keçirdiyi mühüm təşəbbüslərdən bəhs edərək onun fəaliyyətini yüksək qiymətləndirmişdir.

İlqar İlyasov, həmçinin 5 mart tarixində günorta saatlarında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş hücum cəhdlərini qətiyyətlə pisləmiş, bu cür təxribatların cəmiyyətimizdə ciddi narahatlıq və haqlı hiddət doğurduğunu qeyd etmişdir.

Görüşün sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, Yeni Azərbaycan Partiyasının sıralarında səmərəli fəaliyyəti ilə fərqlənən qadınlara partiya dəyərlərinin təbliğində və ictimai-siyasi proseslərdə fəal iştiraklarına görə fəxri fərman və hədiyyələr təqdim olunub.