Xəbərlər
Daşkəsəndə şəhid anası ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının qərargahında partiya veteranı, Daşkəsən rayon Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri, şəhid anası Abbasova Qızbəs Hüseyn qızının 75 illik yubileyi münasibətilə görüş keçirilib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin misilsiz qəhrəmanlığından danışıb.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsini ehtiramla yad etmək hər kəsin vətəndaşlıq borcudur.
