YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlığın və qarşılıqlı etimadın təzahürü...

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Suvarma Sistemləri İdarəsi (SSİ) ərazi partiya təşkilatında Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri ilə əlaqədar “Strateji tərəfdaşlığın və qarşılıqlı etimadın təzahürü” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, SSİ-nin rəisi Məmməd Məmmədov, partiya fəalları Ramin Bayramov, Asim Nəsibov və Süleyman Cəfərov qeyd ediblər ki, Azərbaycanın diplomatik uğurları ölkəmizin artan beynəlxalq nüfuzunun bariz göstəricisidir. Bildirilib ki, Prezident İlham Əliyevin xarici səfərləri və keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin coğrafiyasını daha da genişləndirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ölkəmizin müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurduğunu qeyd edən natiqlər dövlət başçısının fevralın 15-də Serbiyaya səfərinin bu siyasətin tərkib hissəsi olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə təkan verdiyini diqqətə çatdırıblar.

Qeyd olunub ki, Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır, qarşılıqlı hörmət və etimad prinsiplərinə söykənir. Ölkəmiz bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri quraraq beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirir, regional və qlobal məsələlərin həllinə öz töhfəsini verir.