Xəbərlər
Şəhidlərin xatirəsi ehtiramla anılır
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və təşkilat nümayəndələri Mingəçevir şəhərində Vətən müharibəsi şəhidi, əslən Kəlbəcər rayonundan olan Muxtarov Taleh Həşim oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı təşkilat nümayəndələri şəhidin övladı Səbinə Muxtarovanı doğum günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Şəhidlərin ruhunun daim xalqımız tərəfindən əziz tutulduğu qeyd olunub, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Qeyd edək ki, Taleh Muxtarov Vətən müharibəsi zamanı - 7 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib.
