YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında partiya veteranları Rüstəmov Bəybala Rüstəm oğlunun və Məmmədov Eyvaz Musa oğlunun 75 illik yubileyləri münasibətilə görüş keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, rayon ziyalıları Mobil Quliyev, Mirsiyab Məmmədov və digərləri yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıblar. Bəybala Rüstəmov və Eyvaz Məmmədovun uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərdikləri xüsusi qeyd olunub.

Yubilyarlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarının və uzun illər partiyanın təbliğatındakı fəaliyyətlərinin onlar üçün böyük qürur olduğunu söyləyiblər.

Sonda partiya veteranlarına rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr verilib.

DİGƏR Xəbərlər Arxiv