YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi”

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “Moskva pr.67” (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 2 Fevral -Azərbaycan Gəncləri Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Samir Vəliyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin gənc əməkdaşı Vüsal Əhmədov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan Gəncləri Günü müasir Azərbaycan gəncliyinin dövlətçilik tarixində artan rolunun rəmzidir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyini müəyyən edən əsas strateji qüvvə kimi qiymətləndirmişdir. Onun formalaşdırdığı dövlət gənclər siyasəti milli ruhlu, vətənpərvər və məsuliyyətli nəsil yetişdirməyə xidmət etmişdir. Bu siyasi xətt gənclərin dövlətə bağlılığını ideoloji əsasda möhkəmləndirmişdir. Prezident İlham Əliyev Ulu Öndərin gənclərlə bağlı müəyyən etdiyi strategiyanı yeni tarixi mərhələdə uğurla davam etdirir.

Vurğulanıb ki, Vətən müharibəsində Azərbaycan gəncliyi yüksək döyüş ruhu və fədakarlıq nümayiş etdirmişdir. Ordumuzun sıralarında vuruşan gənclər tarixi Zəfərin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Lokal xarakterli antiterror tədbirləri zamanı da gənclər peşəkarlıq və qətiyyət göstərmişlər. Bu faktlar gənclərin milli təhlükəsizliyin təminində mühüm rol oynadığını sübut edir. Dövlət gənclər siyasəti gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini prioritet istiqamət kimi müəyyən edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət də bu siyasətin humanist mahiyyətini gücləndirir. Onun təşəbbüsləri gənclərin sosial və mənəvi inkişafına xidmət edir. Bu gün Azərbaycan gəncliyi Ulu Öndər irsinə sadiq qalaraq Zəfər yolunu davam etdirir.

Sonra Azərbaycan Gəncləri Günü münasibətilə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən YAP üzvlərinə fəxri fərman verilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv