YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasətinin əsasında Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatı Asif Əsgərov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Gülüstan Mirzəyeva Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması və inkişaf mərhələlərindən bəhs ediblər. Qeyd olunub ki, bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğu, gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanlar yaradıldığı xüsusi vurğulanıb.

Tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.

Sonra partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri, gənc fəallara isə təşəkkürnamə verilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv