YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhidlər ailələri ziyarət edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi zamanı canlarından keçən şəhidlərin ailələri ziyarət edilib.

Görüşlər zamanı YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və digərləri şəhid ailələrinə diqqət və qayğının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.