Xəbərlər
YAP Nəsimi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü təşkil olunub
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə YAP Nəsimi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü təşkil olunub.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən Rafiq Məmmədhəsənov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyi, öz siyasi xətti və fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyi diqqətə çatdırılıb.
Natiqlər Ümummilli Liderin fikirlərinə istinad edərək, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər. Veteranların təcrübəsinin gənc nəsl üçün əbədi mənbə olduğu vurğulanıb, birlik və vətənpərvərlik dəyərlərinin qorunmasının vacibliyi qeyd edilib.
Tədbir interaktiv formada davam edib.
Sonra yubiley yaşında olan bir qrup partiya veteranına hədiyyələr təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
