YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Azərbaycan Hesablama Palatası tərəfindən ötən il 75 audit yoxlama həyata keçirilib

Azərbaycan Hesablama Palatası tərəfindən ötən il 75 audit yoxlama həyata keçirilib. Bu barədə bu gün Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ilə bağlı çıxışı zamanı palatanın sədri Vüqar Gülməmmədov deyib.

 V. Gülməmmədov bildirib ki, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirləri və xərcləri, 59-u büdcə vəsaitlərinin istifadəsinin təhlili, 4-ü büdcədən kənar fondlardan istifadə, 7-si Dövlət Torpaq Fondundan istifadə ilə bağlıdır. Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V. Gülməmmədov qeyd edib ki, aparılmış audit tədbirlərinin nəticələrinə, ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara bunlar daxildir.

«Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi və s. Hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib»- deyə, Hesablama Palatasının sədri vurğulayıb.