YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın “Corriere” xəbər saytında Heydər Əliyev Mərkəzində məşhur italyan modelyeri Renato Balestranın kolleksiyasının nümayişi ilə bağlı yazı yerləşdirilmişdir

İtaliyanın “Corriere” xəbər saytında Heydər Əliyev Mərkəzində məşhur italyan modelyeri Renato Balestranın kolleksiyasının nümayişi ilə bağlı yazı yerləşdirilmişdir.

Yazıda qeyd olunur ki, Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiyası nümayiş etdirilmişdir.

Müəllif oxucuların diqqətinə çatdırır ki, milli muzeylərimizin kolleksiyalarında təqdim olunan zəngin geyim nümunələri, bəzək əşyaları və xalçaçılıq məmulatı məşhur italyan modelyeri Renato Balestranı naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir dövrədək inkişafını təcəssüm etdirən kolleksiya yaratmağa sövq etmişdir.