YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Notizie Geopolitiche” portalı Ermənistanın təcavüzkar siyasətindən yazır

İtaliyanın “Notizie Geopolitiche” xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti məqalə yayılıb.

Məqalə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fikirləri ilə başlayır. O, Yerevana səfəri zamanı deyib ki, azərbaycanlı məcburi köçkünlərin problemləri həllini tapmayanadək Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq mümkün deyil.

Müəllif yazır ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan olan xeyli sayda azərbaycanlı məcburi köçkünə çevrilib.

Bildirilir ki, Azərbaycan ərazisinin 20 faizinin işğalı ilə nəticələnən münaqişə 1994-cü ildə imzalanmış atəşkəsə dair sazişlə sanki “donduruldu”. İşğal olunmuş Azərbaycan ərazilərində separatçı rejim tərəfindən beynəlxalq birliyin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” yaradıldı.

Diqqətə çatdırılır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin buna baxmayaraq, Ermənistan hələ də hərbi qüvvələrini həmin ərazilərdən çıxarmayıb.