YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyinin Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 7-8-də Astanada MDB ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXVIII iclası keçiriləcək.

İclasın iştirakçıları Şuranın 2014-2015-ci illərdəki fəaliyyətini, MDB iştirakçıları olan dövlətlərin təbii və texnogen xarakterli fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılmasına dair yoxlamaların plan-qrafikini, təbii və texnogen xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün MDB Qüvvələri Korpusu bölmələrinin “Dağıdıcı zəlzələlərə reaksiya tədbirlərinin təşkili və yerinə yetirilməsi” mövzusunda əməliyyat-taktiki təlimlərinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

Şura üzvləri əməkdaşlığın müqavilə-hüquqi bazasını təkmilləşdirmək məqsədilə 2020-ci ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planının, Birlik iştirakçısı olan dövlətlərin fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində Əməkdaşlığı Haqqında Sazişin və təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət haqqında 22 yanvar 1993-cü il tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi haqında Protokolun layihələrinə dair məsələləri nəzərdən keçirəcəklər.