YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “M.Mirqasımov küçəsi 2” (Respublika Pediatriya Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ərazi partiya təşkilatlarının uğurlu fəaliyyətindən bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkədə bütün sahələrdə, o cümlədən səhiyyədə mühüm nailiyyətlərin əldə olunduğunu bildirib.

Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov, Kliniki Xəstəxanasının Transfuziya kabinetinin müdiri Şəhla Quliyeva və digərləri çıxışlarında səhiyyə sahəsində aparılan islahatlardan danışıblar.

Sonra təşkilati məsələlərə baxılıb. Erkin Rəhimov ərazi partiya təşkilatının sədri, Şəhla Quliyeva isə sədr müavini seçilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv