YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vacib çağırışlar və təşəbbüslər

Abbas Əliyev

YAP Abşeron ryaon təşkilatının sədri

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində çıxışında vacib məsələlərdən bəhs edib. Vurğulanıb ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb. Məhz o vaxtdan bəri bu daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini ehtiva edir. İndiki tədbir nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə onun adı Bakı Enerji Həftəsi kimi tarixə düşür.

Ölkəmizin başçısı çıxşında Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarının iyirmi faizinin işğalı ilə müşayiət olunduğuna diqqət çəkib. Beləliklə Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edildi və adambaşına düşən məcburi köçkünlərin sayına görə ölkəmiz bəlkə də dünyada birinci yerdə idi. Eyni zamanda daxildə də ictimai-siyasi sabitlik mövcud deyildi. Birinci Qarabağ müharibəsi erməni işğalı ilə yanaşı həm də daxili münaqişələr fonunda gedirdi. Bütün bunlar ölkənin zəifləməsinə səbəb olan amillərdən idi. Həmçinin ölkəmizin müstəqilliyin ilk illəri böyük bir enerji böhranı ilə müşayiət olundu. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Təkcə ölkənin enerji seqmenti ilə yanaşı irimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi kimi mütərəqqi addımlar atıldı. Ölkə iqtisadiyyatının ən cəlbedici sektoru olan enerji sektoruna investisiyalar cəlb edildi. O dövr Birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra –yəni, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Məhz bunun nəticəsidir ki, dünyanın aparıcı enerji daşıyıcıları Azərbaycanın etibarlı tərəfdaşı oldu. 1999-cu ildə isə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Əldə edilən bu uğurlar isə Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etməsi nəticəsində mümkün oldu. Enerji daşıyıcılarından əldə edilən gəlirlər hesabına isə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinə və enerji sektoruna əlavə investisiyalar yatırıldı.

Ənənəvi enerji mənbələri ilə yanaşı alternativ enerji istehsalı da ölkəmizin prioritetlərindən biri olub. BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasimi bu xüsusda əlamətdar hadisədir. Bu layihələrin başlanması Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir. Bununla yanaşı bu gün Azərbaycan etibarlı qaz ixracatçısıdır. Məhz “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Bunun nəticəsidir ki, ölkəmiz bu il 24 milyard kubmetrdən artıq qaz ixrac etməyi planlaşdırır. Avropa Komissiyası da Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırıb. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Təbii ki, qarşıdakı dövrdə ölkəmizin qaz təchizatımızın coğrafiyası artacaq. Bütün bunlar onu deməyə əsas verir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Cənab Prezidentin vurğuladığı kimi “Bizim sözümüz imzamız qədər dəyərlidir”. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Bu uğurların nəticəsidir ki, bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişaf müşahidə edilir. Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacağı proqnozlaşdırılır. Bura təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı mühüm işlər görülür. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var

Cənab Prezidentin də bildirdiyi kimi “Neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq”. Bütün bu amillər Azərbaycanın enerji resurslarından əldə edilən gəlirin ölkəmizin bütün sahələrdə inkişafına yönəldiyinin əyani təzahürüdür. Hazırda bir çox ölkələrdə olduğu kimi Azərbaycanda su hövzələrində çəkilmələr baş verir. Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda olmadığına görə, burada digər amillər nəzərə alınmalıdır. Bu gün eyni zamanda iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbirində bununla bağlı vacib çağırışlar və təşəbbüslər səslənəcək. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində bütün diqqətin məhz bu istiqamətə yönəldiləcəyi də şübhəsizidir”.