YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Ucarda seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən Ucar rayonunda seçiciləri ilə görüşüb.

Əvvəlcə deputat Bərgüşad kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əli Durmuşəli oğlu Behbudovun anası Camal Behbudovun vəfatı ilə əlaqədar mərhumun ailəsini ziyarət edib və övladlarına başsağlığı verib.

Eyni zamanda, deputat Vətən müharibəsi şəhidi Niftalı Qnyaz oğlu Mehdilinin ildönümü mərasimində iştirak edib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda şücaət göstərmiş mərd Vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Daha sonra Ramil Həsən YAP Ucar rayon təşkilatında seçicilərini qəbul edib. Qəbul zamanı vətəndaşlar işsizlik, əlilliyin təyinatı, sosial müavinət, sağlamlıq problemləri, yol-nəqliyyat infrastrukturu və bu kimi digər məsələlər ilə bağlı müraciətlər səsləndiriblər.

Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlərin isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndiriləcəyi bildirilib.