YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimi rayonunda ağacəkmə aksiyası təşkil edilib

Nəsimi rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Ağacəkmə aksiyasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat nümayəndələri iştirak ediblər.

Aksiya zamanı Nəsimi rayonunda Vaqif prospekti, M.Cəlal küçəsi boyunca 300-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar, 1000-dən çox müxtəlif növ gül kolları əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.