YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ciddi mesaj

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Konstitusiyasının, qanunlarının, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Sentyabrın 9-da keçirilən qondarma “prezident seçkiləri” Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bununla da rəsmi İrəvan  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını, təxribatlara əl ataraq regionda sülhə təhdid dövlət olduğunu növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda, dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən də qondarma “prezident seçkiləri” tanınmır, birmənalı şəkildə rədd edilir.”

Bu fikirləri  Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib.

Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə, ölkəmizin sürətli inkşafı və dünya miqyasında nüfuzunun günbəgün artması Ermənistanı, onun havadarlarını narahat edir: “Məhz bu təxribatlar da həmin narahatlıqlardan irəli gəlir. Ermənistan hakimiyyəti  anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı Azərbaycan dövləti tərəfindən qətiyyətlə alınacaq. Rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində, həmçinin postmünaqişə dövründə “Qisas”, “Qətiyyətli cavab”, bu ilin iyun ayında yenidən   “Qisas” əməliyyatlarında hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirib. Silahlı Qüvvələrimiz hər bir təxribatın qarşısını qətiyyətlə almaq gücündədir. Ermənistan təxribatları ilə açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, havadarlarının dəstəyinə arxalanaraq bu prosesi uzatmağa səy göstərdiyini təsdiqləyir.”

“Bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları dərsləri tez unutmaq məcburiyyətində qalırlar” söyləyən millət vəkili vurğulayıb ki, əgər düşmən Azərbaycana  qarşı təxribat törədəcəksə, layiqli cavabını alacaq. “Dəmir yumruq” yerindədir.

Sədaqət Vəliyeva qeyd edib ki,  Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, regionda dayanıqlı sülhün təmin edilməsi, münasibətlərin  normallaşdırılması prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir: “30 illik işğal dövründə Ermənistana dəstək verən bəzi dövlətlər artıq tarixə qovuşan Qarabağ münaqişəsinin  sülh danışıqları əsasında nizamlanmasına necə mane oldularsa, hazırda eyni vəziyyətin yaşanmasına çalışırlar. Reallıq budur ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanmasını təklif edərkən bunun masa üzərində uzun müddət qalmayacağını bəyan edib. Azərbaycan dövlətinin hər bir bəyanatı, çağırışı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır.”