YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi olaraq xalqının yaddaşında, qəlbində yaşayacaq

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Dahi şəxslər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır,  yaradır, xalqına, dövlətinə  əvəzsiz töhfələr verir. Əminliklə deyə bilərik ki, dövlətimizin və xalqımızın nicatı,  xilası və xoşbəxt gələcəyi naminə dünyaya gəlmiş ulu öndər  öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi.  Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevirilməsini əsas məqsəd kimi seçdi.

Heydər Əliyev bütün həyatı dövründə Azərbaycanın milli maraqlarını uca tutmuşdur. YAP-ın Naxçıvanda keçirilən təsis qurultayında Heydər Əliyev  partiyanın sədri seçilir. Məhz Heydər Əliyevin  siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi. 1990-cı ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı başa düşürdüki ölkəni bu çətin durumdan ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının səsinin əksəriyyətini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.  Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu.  Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən dahi şəxsiyyət və güclü siyasətçi idi. Xalqının xilaskarı olan Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədiyyətə kimi yaşayacaq. Heç təsadüfi deyil ki,  Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri hesab etdi. Ulu öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı ona ciddi diqqət yetirirdilər.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.  Ölkəmizdə və eləcə də dünyada iqtisadi inkişaf proqramı kimi qəbul edilən bu  müdrik fikrin müəllifi ümummilli lider, tarixi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın dirçəldilməsinə xüsusi önəm vermişdir. Bugünkü azad, demokratik, güclü və güdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir. Azərbaycan tarixinin şanlı səhifələrini yazan Heydər Əliyevin keçdiyi həyat yolu bizə və gələcək nəsillər üçün əvəzsiz nümunədir. Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu,  xalqının xilaskarı, ümumilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq.