YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi yad edilib

YAP Qazax rayon təşkilatı Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən şanlı Aprel döyüşlərinin  7-ci  ildönümü ilə əlaqədar  tədbir keçirib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qazax Müalicə Diaqnostika Mərkəzi ərazi partiya təşkilatının sədri Kamandar İbrahimov çıxış edərək bildirib ki,  Aprel döyüşlərindən 7 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur və sevinc hissləri ilə xatırlayır, qəhrəman şəhidlərimizi böyük ehtiramla yad edir.  

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Aprel döyüşlərinin tarixi əhəmiyyətindən ətraflı danışıb. O, qeyd edbi ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini və tezliklə ədalətin bərpa olunacağını göstərdi. A.Nəbiyev 7 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən doğma Qarabağımızda, Şuşada, eləcə də digər ərazilərimizdə dalğalanmasından bu gün hər bir azərbaycanlının sonsuz qürur hissi keçirdiyini xüsusi vurğuladı və  bildirdi ki, Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da Şəhidlik zirvəsinə yüksəliblər: “Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə hər zaman örnəkdir.” Rayon təşkilatının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ölkəmizin yeni – yeni nailiyyətlər, uğurlar, qələbələr qazanacağına əminliyini bildirib.  

Tədbirdə çıxış edən partiya üzvləri canlarını vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərinin Böyük Zəfərin başlanğıcı olmasından bəhs edərək, bütün şəhidlərimizə rəhmət diləyiblər.