YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alternativsiz siyasət - aparıcı qüvvə

YAP Xızı rayon təşkilatının təsis edilməsinin 30 illiyi qeyd olunub

Xızı rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, o cümlədən regionda olan ən böyük siyasi təşkilatlardan biridir. YAP Xızı rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Ayaz Quliyev qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 36-ya, üzvlərinin sayı 1755 nəfərə çatıb.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxışında vurğulayıb ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Tədbirdə, həmçinin Xızı RİH ərazi partiya təşkilatının sədri Namiq Quliyev və Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Zaur Zeynallı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və qüdrətli ölkəyə çevrilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.