YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Avropa Oyunlarında iştirak edəcək daha dörd ölkənin nümayəndələri və jurnalistləri Bakıya gəliblər

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək ölkələrdən İspaniya, Britaniya, İsrail və İsveç nümayəndə heyətlərinin və jurnalistlərinin bir qrupu Azərbaycana gəlib.

Nümayəndə heyətlərini və jurnalistləri Heydər Əliyev Beynəlxalq Aeroportunda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları və könüllülər qarşılayıblar.

Komandaların nümayəndələri Atletlər, jurnalistlər isə Media kəndlərinə yola salınıb.

“Bakı-2015” Əməliyyat Komitəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda yaratdığı xüsusi qərargah yarışlar başlayana qədər fasiləsiz fəaliyyət göstərəcək.