Xəbərlər
Xakerlər eBay istifadəçilərinin şifrələrini oğurlayıb
Xakerlər ən böyük onlayn alış-veriş saytı olan eBay-ın məlumat bazasına hücüm etmişlər. Ebay-ın rəsmi məlumatında qeyd olunur ki, xaker hücumu zamanı şəxsi istifadəçi şifrələri və məlumatları ələ keçirilmişdir.
Yaxın zamanlarda eBay öz istifadəçilərindən şəxsi hesablarının şifrələrini dəyişməyi xahiş edəcəkdir. Bu haqda bildirişlər həm eBay-ın rəsmi səhifəsində, həm də fərdi elektron ünvanlarda öz əksini tapacaqdır.