YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub

Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib.

Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan YAP Sabiradad rayon təşkilatının sədri Varis Rüstəmov tədbir iştirakçılarını rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü ilə bağlı təbrik edib. O, partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP Sabirabad rayon təşkilatının fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı naminə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müdrik siyasət həyata keçirilir, günü-gündən yeni-yeni uğurlara imza atılır. Vətən müharibəsində əldə olunmuş Zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmaqla, dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirmiş olduğu, mənfur düşmənin işğalçılıq siyasətinə 44 gün ərzində son qoyularaq ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu diqqətə çatdırılıb.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoymuşdur. Bü gün ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən islahatlar və proqramlar, ümumilikdə xalqımızın sosial rifah halının yüksəldilməsinə hesablanıb.

Partiya veteranı Məhərrəm Məhərrəmov, tədbir iştirakçılarından Əhəd Şükürov və Murad Həsənli çıxışlarında partiyanın rayon təşkilatının fəaliyyəti ilə bağlı xatirələrini bölüşüblər.

Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı tərəfindən fəxri fərman və YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.