Xəbərlər
Lənkəranda konfrans keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirlən tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, YAP fəalları, gənclər, ƏPT sədrləri, qazilər və şəhid ailələri iştirak ediblər.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vemiş şəhidlərin əziz xatirəsi ehtiamla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfransı giriş sözü ilə açaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatlarında qazandığı tarixi Zəfərin yaratdığı yeni reallıqlardan danışıb. ŞİH başçısı işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsində ölkə rəhbərliyinin misilsiz rola malik olmasından bəhs edib. T.Qaraşov, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda reallaşdırılan bütün layihələrdə dövlətimizin başçısına tam dəstək verdiyini qeyd edib.
Daha sonra YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev məruzəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən söhbət açıb. O, Mehriban xanımın həm Azərbaycanın Birinci vitse-prezidenti, həm Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, həm də Heydər Əliyev Fondunun prezidenti kimi dövlətimizi hətta respublikanın hüdudlarından kənarda da ləyaqətlə təmsil etdiyini bildirib. İ.Əmənullayev Mehriban xanım Əliyevanın Azərbaycanın inkişafı naminə Prezident İlham Əliyevlə birgə daim mübarizə apardığını qeyd edib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova ölkəmizdə səhiyyə sahəsində görülən işlərdən, Lənkəran şəhər 2 saylı tam orta məktəbin direktoru Gülnarə Seyfullayeva təhsil sahəsinə göstərilən dövlət qayğısından, Lənkəran Dövlət Dram Teatrının aktyoru Aynur Əhmədova mədəniyyət sahəsində reallaşdırılan möhtəşəm layihələrindən danışıb.
Konfrans Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovun yekun nitqi ilə başa çatıb.
