YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Bakı şəhərində yaşayan Vətən müharibəsi şəhidi Sayad Azad oğlu Hacıyevin ailəsini ziyarət edib.

Görüş zamanı Vətən uğrunda canını fəda etmiş qəhrəman övladımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, Sayad Hacıyevin şərəfli döyüş yolu, göstərdiyi igidlik və Vətənə olan sonsuz sevgisindən bəhs edilib. Qeyd olunub ki, şəhid ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Həmçinin, millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Bazar kəndində seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Şəhid ailəsi və seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.