YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Milli Olimpiya və İdman Komitəsinin internet saytı "Azərbaycan – İdman fotoobyektivdə" sərgisi haqqında məlumat yayıb

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Fransa Milli Olimpiya və İdman Komitəsinin, və Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı ilə 5-28 iyun tarixlərində Parisdəki Fransa İdman Evində keçiriləcək "Azərbaycan –İdman foto obyektivdə " adlı sərgi haqqında məlumat yayılıb. “Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş foto sərgi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin rəsmi İnternet səhifəsində /http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html/, həmçinin, qurumun bülletenində və facebook səhifəsində yerləşdirilib.

Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilmişdir. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

 

 

DİGƏR Xəbərlər Arxiv