YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər daim ehtiramla xatırlanır

Ağstafada şəhid Mustafayev Ramiz Bağman oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayon Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Tədbir çərçivəsində Ramizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimiz Abdullayev Nihad Adil oğlunun, Orucov Xudayət Vilayət oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, Babayev Mustafa Elman oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Əliyev Tahir Çingiz oğlunun və Həsənov Elnur Elman oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları Ramiz Mustafayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ramiz Mustafayev 2021-ci il yanvarın 28-də Kəlbəcər rayonu Kəlbəcər rayonu Ömər aşırımında xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib.

DİGƏR Xəbərlər Arxiv