YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Slovakiyanın XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.

Bununla bağlı Slovakiya xarici siyasət idarəsi sosial şəbəkədə paylaşım edib. Paylaşımda bildirilir ki, Slovakiya bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu qətiyyətlə pisləyir: "Biz həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir və yaralılara ən qısa zamanda sağalmağı arzulayırıq”.