YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh bütün region ölkələrinin davamlı inkişafına töhfə olacaq

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dövlətlər arasında siyasi proseslər iqtisadi proseslərlə, iqtisadi əlaqələrlə tamamlanır. Siyasi mü­nasibətləri dayanıqlı olmayan dövlətlər arasında iqtisadi əlaqələr də dayanıqlı ola bilməz. Son illərin siyasi prosesləri, dövlətlərarası münasibətlər də, bəşərilik baxımından hadisələrə yanaşmalar da bu tesizlə ciddi şəkildə səsləşir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tədbirlərdə çıxışları Azərbaycan dövlətinin bəşəri dövlət olduğunun təsdiq kimi qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı da beynəlxalq ictimaiyyətin diqqətini bu amillər baxımından da çəkib. Bu nə­həng layihədə iştirak edən ölkələrin öz ara­­la­rında yaxşı münasibətlərə malik olması da eyni səviyyədə gərəklidir. Bu gün Azərbaycanı Qərb qonşuları olan Gürcüstan və Türkiyə ilə, Şərq qonşuları olan Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan  münasibət birləşdirir.

Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, siyasi əməkdaşlıq iqtisadi əmək­daş­lıqla davam etdirilir, möhkəmləndirilir, dünyəvi proses­lə­r əmin-amanlıq, sülh, qarşılıqlı anlaşma vasitələrindəndir. Bu tezis dünyəvilik baxımından da diq­qə­ti çəkir və bu, həm də iqtisadi əməkdaşlığın şərtlərindən olan gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlığın gərəkliyi kimi anlaşılmalıdır. Tranzit ölkəsi olmaq üçün Azərbaycanda  nəqliyyat infastrukturunun yenidən qurulması, inkişaf etdirilməsi və müasir tələblərə cavab verməsi üçun irimiqyaslı, uğurlu və yaddaqalan layihələr reallaşdırılmışdır. Eyni zamanda, iqtisadiyyatımızın inkişaf etdirilməsi sahəsində də məqsədyönlü və nəhəng işlər görülüb. Bu isə yüz minlərlə yeni iş yerlərinin açılması ilə yanaşı ölkəmizin ixrac imkanlarını nəzərçarpacaq səviyyədə genişləndirməyə əlverişli  imkan yaradır, neft-qaz gəlirlərindən asılılığı  azaldır.

Bu gün Azərbaycanın inkişafı və uğurları danılmaz faktdır. Sadəcə regionda nəqliyyat şəbəkəsinin genişlənməsində əhəmiyyətli rol oynayan Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olduğunu söyləmək də bu fikri təsdiq edən faktlardandır. Əlavə olaraq,  Avropa bazarına qaz ixracımızın təqribən 8 milyard kubmetrdən çox olacağını, ümumi həcmin  24 milyard kubmetr olduğunu, keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanması kimi faktları ölkə başçımız Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bir daha səsləndirməsi beynəlxalq ictimaiyyətin diqqətini çəkib.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel içlasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Azərbay­canla Ermənistan – qalib dövlətlə məğlub dövlət arasında siyasi münasibətlərə də toxunub: “Ermə­nistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermə­nis­tan tərəfindən rədd edilib”. Bu fikir də onu deməyə əsas verir ki,  hər zaman olduğu kimi Ermənistanın sülh prosesini pozmasına baxmayaraq Azərbaycan beynəlxalq qanunlara əsaslanan sülh sazişinin imzalanmasında maraqlıdır və bu sülh bütün region ölkələrinin sabit və davamlı inkişafına böyük töhfələr verəcək.