YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı Jalə Əliyeva: Azərbaycan mədəniyyət yolu ilə dialoqun yaranmasının əhəmiyyətli nəticələr verdiyini sübut edir

«Azərbaycan növbəti dəfə  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Keçirilən iki Formun nəticələri, qonaqların ölkəmiz haqqında söylədikləri fikirlər, Forumda müzakirə olunan problemlər onu deməyə əsaas verir ki, sözügedən Forum bütün mənası ilə yüksək səviyyədə təşkil edilib». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, belə olan halda təbii ki, üçüncü dəfə Azərbaycan ev sahibliyi edəcək tədbiri daha möhtəşəm şəkildə təşkil edəcək. Onun sözlərinə görə,  bu sahədə yetərincə təcrübəmiz var.

«Qısa zaman kəsiyində bu qədər uğurlara imza atmaq müsbət göstəricidir. Bütün bunlar bir daha onu göstərir ki, bu gün Azərbaycan tolerantlığını, milliliyini qoruyaraq dünya mədəniyyətinə inteqrasiya etməyi hədəf seçib. Azərbaycan mədəniyyət  yolu ilə millətlərarası dialoqun yaranmasının əhəmiyyətli nəticələr verdiyini sübut edir»- deyə, komitə üzvü qeyd edib.