YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz müasir nəqliyyat-tranzit infrastukturuna sahibdir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrinin davamlı olaraq inkişafını təmin edir. Ölkəmizin türk dövlətləri ilə yüksək səviyyədə olan əlaqələri də buna əyani sübutdur. Dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq bu etibarlı əməkdaşlığın obyektiv əsaslarından bəhs etdi. Ölkələrimiz bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi əlaqələr üzərində qurulmuş münasibətlər ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.

Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşü zamanı imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri də mövcud əlaqələrlə yanaşı digər sahələrdə də əməkdaşlıqlara əsas verəcək. Belə ki, imzalanmış sənədlər elm, təhsil, mədəniyyət, gömrük, energetika və nəqliyyat sahələrində əməkdaşlılqları genişləndirmək üçün hüquqi baza rolunu oynayacaq.

Ölkəmizin böyük tranzit-nəqliyyat imkanları vardır və son illər ərzində yaradılan müasir infrastruktur Azərbaycanı önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Nəqliyyat-logistika sahəsində hər üç ölkə böyük uğurlara imza atmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyi də həmçinin nəqliyyat-tranzit sahəsində uğurların əldə edilməsini şərtləndirir. Bundan əlavə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət mövcud potensialdan səmərəli istifadə üçün imkanlar yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu, mülki hava yük donanması ölkəmizin uğurla icra etdiyi layihələrdir ki, məhz bu layihələr ümumilikdə regionun logistik potensialını zənginləşdirir.

Azərbaycanın 30 il işğalda qalan torpaqlarının azad edilməsi də ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artırır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan nəqliyyat-kommunikasiya infrastrukturu ölkəmizə bu sahədə əlavə üstünlüklər verəcək və ümumilikdə regionun inkişafına mühüm töhfə olacaq. Bu baxımdan Zəngəzur dəhlizi çox böyük əhəmiyyətə malikdir. Dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışı zaman Prezident cənab İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı onu da bildirdi ki, dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.