YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın doğma sahiblərinə qayıtarıldı

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Erməni Silahlı birləşmələri və onların havadarları 1992 ci ildə Laçın rayonunu işğal edəndə heç kim inanmazdı ki, bu işgal dövrü 30 il davam edəcək.

Əsrin üçdə birində mənfur düşmən ata- baba yurdumuzu tapdaq altında saxlayıb, viran qoyacaq.

Nəhayət ki, tarixi ədalət Zəfər çaldı. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev üçrəngli dövlət bayrağımızı Laçında dalğalandırdı.

Cənab Prezident öz bəyanatında bildirdi ki, İşğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi.

Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi.

Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Rəşadətli Azərbaycan Ordusunun gücü hesabına düşmən təslimçilik taleyi ilə barışmalı oldu.

Biz döyüşdə qan tökdük, şəhid verdik, qəlbi vətənlə döyünən oğullarımız fiziki sağlamlıqlarından keçdilər amma doğma torpağımızın bir qarışından belə keçmədik. Düşmən tapdağında qalan torpaqlarımız artıq azaddır.

Xalqımızın, o cümlədən Laçınlıların 30 ilə yaxın müddətdə vətən həsrətinə, yurd həsrətinə son qoyuldu.

Əlbəttə, laçınlılar üçün bundan böyük müjdə ola bilməzdi.

Artıq biz 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səhnələrindən və bu anları yaşayıb yaradan igid oğullarımızın mərdliyindən danışırıq, qürur hissləri keçiririk.

Ərazi bütövlüyümüzün bərpasının təmin edilməsində xüsusi fərqlənən qəhrəmanlarımız isə dövlət təltifləri ilə mükafatlandırılıblar.

​2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Biz çox xöşbəxtikki, bu gün doğma Laçınımız azaddır və Laçında geniş quruculuq, bərpa işləri aparılır.