YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatında fəallarla görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının qərargahında fəallarla görüş keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin sosial şəbəkələrdə layiqincə təbliği, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi barədə danışılıb.

Qeyd olunub ki, müasir Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və Prezident, Partiyanın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə sadiqlik, dövlət və xalq maraqlarının müdafiəsi və təbliği YAP Kürdəmir rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Sonda sosial şəbəkələrdə fəal iştirakı ilə seçilən bir qrup şəxsə hədiyyə verilib.

DİGƏR Xəbərlər Arxiv