Xəbərlər
Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zatı-aliləri cənab Prezident.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".
