YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Paraqvay Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Paraqvay xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.

Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulayıram.

Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək ehtiramımı və dərin hörmətimi bir daha ifadə edirəm".

DİGƏR Xəbərlər Arxiv