YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sahədə, sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirirlər

«Azərbaycan iqtisadiyyatına çox böyük həcmdə sərmayələr qoyulur». Bunu  Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ölkəmizdə əlverişli sərmayə mühiti yaradılıb. Onun sözlərinə görə, ən iri beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi sahədə, sahibkarlığın inkişafı ilə bağlı əldə edilən uğurları yüksək qiymətləndirirlər.

«Ölkəyə qoyulan sərmayədə yerli investorların payı artır. Amma xarici investorlar da buraya ciddi maraq göstərirlər. Yerli sərmayənin həcminin artması isə çox yaxşı haldır. Bu, Azərbaycanda yüksək sərmayə mühitinin mövcud olduğunu göstərir»-deyə, komitə sədri qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv